İyul ayının 4-də akad. C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun növbəti iclası keçirilib.
05 İyul 2022, 10:00 - İclaslar

Gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış edən institutun direktoru, t.e.d., professor Gülnaz Dadaşova bildirib ki, səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsinin ölkəmizdə prioritet məsələlərdəndir və Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmət səviyyəsinin yüksəlməsinə imkan yaradır.

G. Dadaşova həmçinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bu istiqamətdə gördüyü işlər haqqında danışaraq qeyd edib ki, tibbi xidmətlərin ən mühüm amillərindən biri əlçatanlığın və keyfiyyətin yaxşılaşdırılmasına dair mühüm işlər görülür.
İclasda “Farmakonəzarətin həyata keçirilməsi” mövzusunda təqdimat keçirilib. Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Farmakonəzarət üzrə mütəxəssisi Qəribova Nuranə iclas iştirakçılarına bu barədə məlumat verib.
Q. Nuranə qeyd edib ki, Azərbaycanda dərmanların təhlükəsizliyi sahəsində bir çox tədbirlər görülüb, əhəmiyyətli addımlar atılıb və farmakonəzarət sistemi formalaşdırılıb. TƏBİB-in təşəbbüsü ilə dövlət tibb müəssisələrində farmakonəzarət sisteminin təşkil edilməsinin də əsas məqsədi məhz dərman preparatlarının farmakoloji effektivliyini daim nəzarətdə saxlamaq və dərman vasitələrinin təhlükəsiz istifadəsini təmin etməkdir. Bu tibbdə keyfiyyət standartlarının tətbiq edilməsi üstünlüklərindən biridir.
Əlavə olunub ki, fayda və risk nisbətlərinin sistemli bir şəkildə izlənməsi, bu məqsədlə məlumat toplaması, qeydiyyata alınması, qiymətləndirilməsi, arxivləşdirilməsi, tərəflər arasında əlaqələrin qurulması və dərmanların səbəb ola biləcəyi zərərlərin minimallaşdırılması üçün zəruri tədbirlərin görülməsi Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət sektorunun fəaliyyətlərinin əsasını təşkil edir.
Sonra gündəlikdə duran digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar verilib.
Paylaş:
Baxış sayı: 179