Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda (ETKİ) Elmi Şuranın növbəti iclası keçirilib
24 Aprel 2025, 15:00 - İclaslar

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda (ETKİ) Elmi Şuranın növbəti iclası keçirilib. Elmi şuranın sədri, ETKİ-nin direktoru, professor Gülnaz Dadaşova şura iştirakçılarını gündəlikdə olan məsələlərlə tanış edibdir. İlk növbədə Elmi-Tədqiqat Kardiologiya İnstitutunun kiçik elmi işçisi Babayeva Nigarın tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3218.01-Kardiologiya ixtisası üzrə “Arterial hipertenziya xəstələrində hipotenziv müalicənin ürək və damarların remodelləşməsinə təsirinin qiymətləndirilməsi” mövzusunda dissertasiya işi müzakirə olundu. Daha sonra “Ürəyin xronik işemik xəstəliyi və ritm pozğunluğu” və “Profilaktik Kardiologiya” şöbəsinin 2024-cü il üçün illk hesabatı dinlənildi. Digər bir məsələ nüfuzlu beynəlxalq jurnallarda çap olunan hər bir məqaləyə görə mükafatın verilməsi oldu. Sonda isə elmi işçilərin attestasiyası ilə bağlı məsələ müzakirə olundu. Sonda qeyd edilmiş məsələlər ilə bağlı qərarlar qəbul edilib, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verilib.


Paylaş:
Baxış sayı: 8