Mayın 2-3-də Özbəkistanın Daşkənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının II Tibb Konqresi və Özbəkistan Kardioloqlarının Respublika Konfransı keçirilir.
Bu konqresdə ölkəmizi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Gülnaz Dadaşova və institutun elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Vüsal Hacıyev təmsil edirlər.
Tədbirdə alimlərimizin çıxışları ilə yanaşı, Azərbaycan və Özbəkistan arasında kardiologiya üzrə memorandumun təntənəli imzalanması aparılıb.
Öz çıxışları zamanı alimlərimiz Azərbaycanda səhiyyə sistemində aparılan islahatlardan, tibbi təhsildən və kardiologiya üzrə elmi-tədqiqat mərkəzinin fəaliyyətinin vacibliyini vurğulayıb, orada müasir tibbi müalicələrinin araşdırılması və ölkədə kardiologiya sahəsinin inkişafı mövzusuna toxunublar. Həmçinin Respublikamızda tətbiq olunan İcbari tibbi sığortanın tibbi-sosial həyata təsiri haqqında danışılıb.
Şanxay Əməkdaşlıq Təşkilatının ölkələri arasında tibbi sahədə inkişaf və əməkdaşlıq ölkələrin səhiyyə inkişafına böyük töhfə verəcəyi haqqında xüsusilə vurğulanıb.
Qeyd olunub ki, Azərbaycanda TAVİ kimi əməliyyatların icrası uğurla həyata keçirilir və bu istiqamətdə aparıcı mütəxəssislər tərəfindən çoxsaylı təlim və kurslar aparılır.