Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda (ETKI) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən tədbir keçirilib
07 May 2025, 15:00 - Tədbirlər

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda (ETKI) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən tədbir keçirilib. Tədbirdə Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyəti başçısının müavini İradə Mahmudova və Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev və təşkilatın Təftiş komissiyasının sədri Musa Musayev iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış sözundə ETKi-nin direktoru, professor Gülnaz Dadaşova bildirib ki, Azərbaycan səhiyyəsi, XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində 35 ilə yaxın bir dövrdə bilavasitə ümummilli lider Heydər Əliyevin himayəsində olub, onun rəhbərliyi altında inkişaf edib, onun sayəsində indiki yüksək səviyyəyə çatıb.
Digər çıxışçılar qeyd ediblər ki, illər ötdükcə Ümummilli Liderin siyasi kursunun və inkişaf strategiyasının nə qədər uzaqgörən olduğu bir daha təsdiqini tapır. Məhz bu siyasi kurs sayəsində ölkəmizdə müstəqilliyimizin milli-ideoloji əsasları möhkəmlənib, suveren dövlətçilik institutlarımız yaranaraq möhkəmlənib. Hər bir xalqın tarixi üçün ən önəmli məsələlərdən biri onun ərazi bütövlüyüdür. Bu baxımdan Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbəmiz Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.


Paylaş:
Baxış sayı: 12