Arterial hipertenziyanın və ağırlaşmaların müalicəsində diqqət çəkən məqamlar mövzusunda elmi-praktik konfrans keçirilib
04 Aprel 2023, 14:00 - Konfranslar
4 aprel Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardilogiya İnstitutunun təşəbbüsü ilə “Arterial hipertenziyanın və ağırlaşmaların müalicəsində diqqət çəkən məqamlar” mövzusunda elmi-praktik konfrans keçirilib.
“Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş tədbir ETKİ-nun direktoru, prof. Gülnaz Dadaşova, prof. dr. Kamran Musayev və t.ü.f.d. Üzeyir Rəhimovun sədriliyi ilə keçirilib.
Konfransda akademik Yuriy Belenkov və t.e.d. Azad Hacıyev arterial hipertenziyaya həsr olunmuş mövzularda çıxış ediblər.
Konfrans “KRKA” farmasevtik şirkətinin dəstəyi ilə baş tutub.


Paylaş:
Baxış sayı: 1136