YAP-ın VIII Qurultayına həsr olunmuş toplantı keçirilib
13 oktyabr 2026-cı il tarixində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayına həsr olunmuş toplantı keçirilib.
Tədbirdə İnstitutun direktoru, professor Gülnaz Dadaşova, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev və İnstitutun əməkdaşları iştirak ediblər.
Toplantıda YAP-ın VIII Qurultayının əhəmiyyəti, partiyanın fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.
İnstitutun direktoru, professor Gülnaz Dadaşova çıxışında qurultayın əhəmiyyətindən, ölkənin inkişafında dövlət siyasətinin rolundan və ictimai-siyasi proseslərdə iştirakın vacibliyindən bəhs edib. Onun ilk dəfə YAP-ın Qurultayına nümayəndə seçilməsi münasibətilə təbriklər səsləndirilib.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış edərək partiyanın fəaliyyəti, həyata keçirilən təşəbbüslər və rayon təşkilatının qarşısında duran vəzifələr barədə fikirlərini bölüşüb.
İnstitutun professoru, Hipertoniya şöbəsinin müdiri Tofiq Cahangirov da çıxışında YAP-ın VIII Qurultayının əhəmiyyətindən və partiyanın fəaliyyətində iştirakın önəmindən danışıb. Onun YAP İdarə Heyətinə yenidən üzv seçilməsi münasibətilə təbriklər səsləndirilib.
Tədbirdə, həmçinin İnstitutun elmi işlər üzrə direktor müavini Rəfail Daşdəmirov və İnstitutun kardioloqu Sultan Şahhüseynov çıxış edərək toplantının əhəmiyyəti, partiyanın fəaliyyəti və kollektivin ictimai-siyasi həyatda iştirakı ilə bağlı fikirlərini bölüşüblər.
Sonda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun kollektivi professor Gülnaz Dadaşovanı YAP Qurultayına nümayəndə seçilməsi, professor Tofiq Cahangirovu isə YAP İdarə Heyətinə yenidən üzv seçilməsi münasibətilə təbrik edib, hər iki professora gələcək fəaliyyətlərində uğurlar arzulayıb.