“Böyük Qayıdış” proqramı çərçivəsində Tərtər və Ağdərə rayonlarında kardioloji tibbi aksiya keçiriləcək.
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən təşkil olunan aksiya çərçivəsində şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, eləcə də Suqovuşan və Ağdərə rayonlarına köç edən ailələr üçün tibbi xidmətlər göstəriləcək.
Tərtər rayonunda keçiriləcək aksiya zamanı şəhid ailələri və Vətən müharibəsi iştirakçıları kardioloji müayinələrdən keçə, ixtisaslı həkimlərin konsultasiyalarından yararlana biləcəklər.
Aksiya çərçivəsində EKQ, exokardioqrafiyavə zəruri instrumental və nevroloji müayinələr aparılacaq, ehtiyac yarandıqda pasiyentlər əlavə müayinələrə yönləndiriləcəklər.