“Təkmil kardiovaskulyar həyata dəstək” - acls / advanced cardiovascular life support” təlimi keçirilib.
07 İyul 2022, 11:00 - İclaslar

“Təkmil kardiovaskulyar həyata dəstək” - acls / advanced cardiovascular life support” təlimi keçirilib.
7-8 iyul tarixlərində Səhiyyə Nazirliyinin İctimai səhiyyə və islahatlar mərkəzi və “Uptodate in medicine" şirkətinin birgə təşkilatçılığı ilə C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşları üçün Amerika Ürək Assosiasiyasının beynəlxalq sertifikatlaşdırılmış “Təkmil kardiovaskulyar həyata dəstək” - acls / advanced cardiovascular life support” təlimi keçirilib.
Təlimdə 2020-2021-ci ildə qəbul edilmiş ən son təlimatlara əsasən nəzəri biliklərin və intensiv praktik bacarıqların aşılanması təmin olunub, mürəkkəb klinik halların menecmenti müzakirə edilib.
Təlimin sonunda yazılı və meqa-koddan ibarət praktik vərdişlərin yoxlanılması üzrə imtahandan uğurla keçən əməkdaşlara Amerika Ürək Assosiasiyasının beynəlxalq sertifikatları təqdim edilib.


Paylaş:
Baxış sayı: 325