ETKİ-də ürək çatışmazlığında müasir yeniliklərə həsr olunmuş elmi seminar keçirilib
24 iyul 2026-cı il tarixində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda “Ürək çatışmazlığında yeniliklər: 2026” mövzusunda elmi seminar keçirilib.
Seminarın sədri, institutun direktoru, professor Gülnaz Dadaşova olub. Məruzə ilə tibb elmləri doktoru Azad Hacıyev çıxış edərək ürək çatışmazlığının diaqnostika və müalicəsində son elmi yeniliklər, beynəlxalq klinik tövsiyələrdəki dəyişikliklər, müasir dərman terapiyası, cihaz müalicəsi və xəstələrin uzunmüddətli izlənməsi ilə bağlı aktual məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Seminarda institutun həkimləri, rezidentləri və elmi əməkdaşları iştirak edərək mövzu ətrafında geniş fikir mübadiləsi aparıblar. Tədbir çərçivəsində ürək çatışmazlığının idarə olunmasında multidissiplinar yanaşmanın əhəmiyyəti, erkən diaqnostikanın rolu və müasir müalicə strategiyalarının tətbiqi müzakirə olunub.
Çıxış edən professor Gülnaz Dadaşova ürək çatışmazlığının bütün dünyada səhiyyənin əsas çağırışlarından biri olduğunu vurğulayaraq bildirib.
Seminar iştirakçıların çoxsaylı suallarının cavablandırılması və mövzu ətrafında elmi müzakirələrlə başa çatıb. Tədbir institutda həkimlərin peşəkar inkişafına və müasir kardiologiya sahəsində biliklərin təkmilləşdirilməsinə xidmət edən davamlı elmi seminarlar silsiləsinin növbəti mərhələsi olub.