“Somatik xəstəliklər və yanaşı vəziyyətlər” üzrə beynəlxalq konfrans
10 Dekabr 2019, 10:00 - Konfranslar

      ATU-nun Terapevtik korpusunda “Somatik xəstəliklər və yanaşı vəziyyətlər” üzrə beynəlxalq konfrans keçirildi. Konfransda Rusiya Tibb Elmlər Akademiyasının vitse-prezidenti Akademik Anatoli Martınov, Kazaxstan Respublikasının baş kardioloqu Prof. Saule Abseyitovna, Akad. C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, t.ü.e.d Gülnaz Dadaşova, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Mərkəzindən Prof.Mehman Məmmədov, Kursk Dövlət Tibb Universitetinin Farmakologiya kafedrasının müdir müavini Prof. Qalina Sergeyevna iştirak etdi.   
     Konfransda t.ü.e.d Gülnaz Dadaşova “Xroniki Ürək çatışmazlığında gender fərqləri” mövzusunda çıxış etdi. Həmçinin institutun əməkdaşları konfransda fəal iştirak etdilər. Konfransdan görüntüləri sizə təqdim edirik.


Paylaş:
Baxış sayı: 353