“Evdə dəstək” devizi ilə keçirilən aksiya
28 Aprel 2020, 10:00 - Tədbirlər

Akad. C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və 5 saylı şəhər klinik xəstəxananın aprel ayının 22-dən “Evdə dəstək” devizi ilə birgə başladığı aksiya davam etdirilir. Bu gün növbəti ziyarətimiz Mərdəkanda yerləşən "Qocalar evi"nə oldu. Kardiologiya institutunun direktoru Gülnaz Dadaşova, baş həkimi Səmədov Rza, 5 saylı xəstəxananın baş həkimi Fazil Alməmmədov başda olmaqla böyük həkim heyəti (kardioloq, nevropatoloq, endokrinoloq, qastroenteroloq) “Qocalar evinin” sakinlərinə baş çəkərək, onları müayinə etmiş, lazımi dərman preparatları ilə təchiz etmişdir.

Bu aksiyada bizə dərman preparatları ilə dəstək olan dərman şirkətlərinə təşəkkürümüzü bildiririk (World Medicine, Novator pharma, Egis, Berlin Chemie, Servier, Gen İlaç, Nobel ilaç, Novartis, Krka, Azəri med-Aspera)


Paylaş:
Baxış sayı: 377