Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzində olan pasiyentləri müayinə
19 May 2020, 10:00 - Tədbirlər

Bu gün akad. C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşları xeyirxah ənənələrini davam etdirərək növbəti dəfə aksiya keçirmişlər. Onlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondu Nəzdində Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzində olan pasiyentləri müayinə etmiş, düzgün diaqnoz qoyulması və onlara lazımi müalicənin təyin edilməsi üçün kampaniyaya kardioloqlar, endokrinoloq, nevroloq, oftalmoloq, kimi müxtəlif ixtisaslar üzrə həkimlər cəlb olunmuşdur.Pasiyentlər belə xoş niyyətli əməllərinə görə əməkdaşlarımıza öz minnətdarlıqlarını bildirmişlər. ET Kardiologiya İnstitutu belə aksiyaları gələcəkdə də dəvam etdirəcək.


Paylaş:
Baxış sayı: 153