Urumçidə keçirilən 7-ci “Kəmər və Yol” Akademik Forumunda Azərbaycan təcrübəsi təqdim olunub
26 İyun 2026, 15:00 - Görüşlər

Urumçidə keçirilən 7-ci “Kəmər və Yol” Akademik Forumunda Azərbaycan təcrübəsi təqdim olunub
26 iyun 2026-cı il tarixində Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonunun paytaxtı Urumçi şəhərində 7-ci “Kəmər və Yol” Akademik Forumu keçirilib.
Tibbi və elmi əməkdaşlığın inkişafına həsr olunmuş beynəlxalq tədbirdə dünyanın müxtəlif ölkələrindən tanınmış alimlər, tibb mütəxəssisləri və səhiyyə sahəsinin nümayəndələri iştirak ediblər.
Forum çərçivəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutun direktoru, professor Gülnaz Dadaşova videomüraciətlə çıxış edərək “Kəmər və Yol” təşəbbüsü çərçivəsində beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Professorun çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə institutun direktor müavini Afiyəddin İsgəndərov və elmi işçi Vüsal Hacıyev ölkəmizin səhiyyə sistemində əldə olunan nailiyyətlər, kardiologiya sahəsində aparılan yeniliklər və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər barədə təqdimatla çıxış ediblər.
Forum çərçivəsində institut ilə Xinjiang People’s Hospital arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd elmi-tədqiqat fəaliyyəti, təcrübə mübadiləsi, mütəxəssis hazırlığı və birgə layihələrin həyata keçirilməsi sahələrində əməkdaşlığın inkişafını nəzərdə tutur.
İmzalanmış memorandum iki tibb müəssisəsi arasında uzunmüddətli tərəfdaşlığın qurulması və Azərbaycan ilə Çin arasında səhiyyə sahəsində əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


Paylaş:
Baxış sayı: 2