Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi keçirilir
18 May 2025, 18:00 - Konfranslar

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi keçirilir.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova keçirilən Fəxri oturumun moderatoru olaraq tədbirdə iştirak edib.
“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresində dünyanın 20-dən artıq ölkəsindən 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardioccərahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək.
Dünyanın ən məşhur kardiocərrahlarından Böyük Britaniyadan olan Prof. Dr. David Taggart və Yaponiyadan Prof. Dr. Şiqeyuki Ozaki fəxri qonaq kimi Konqresdə iştirak edəcək. Konqres çərçivəsində əməliyyatxanadan birbaşa bağlantı ilə ürək əməliyyatının canlı yayımı da təşkil olunacaq.


Paylaş:
Baxış sayı: 19