Ümummilli lider Heydər Əliyevin 100-illik yubileyi ilə bağlı tədbir keçirilib
10 May 2023, 15:00 - İclaslar
Səhiyyə Nazirliyi akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutununda Ümummilli lider Heydər Əliyevin 100-illik yubileyi ilə bağlı tədbir keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının himni səsləndirilərək, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Çıxış edən ETKİ-nun direktoru, prof. Gülnaz Dadaşova qeyd edib ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
Sonra professor Rafail Daşdəmirov, professor Tofiq Cahangirov, t.ü.f.d. Soltan Hüseynov və t.ü.f.d. Rafiq Yusifli Heydər Əliyevin həyat yolundan, fəaliyyətindən, səhiyyədə gördüyü böyük işlərdən söz açdılar.
Toplantı çərçivəsində ETKİ tərəfindən hazırlanan Heydər Əliyevə həsr olunmuş qısametrajlı film nümayiş olundu.


Paylaş:
Baxış sayı: 101