Tibb işçilərinin peşə bayramı münasibəti ilə sertifikat təqdim olunub
16 İyun 2022, 12:15 - Görüşlər

İyun ayının 17-si Elmi-Tədqiqat Kardilogiya İnstitutunun tibb bacılarına Aidə Rzayevaya və Gülbacı Abbasovaya əhalinin sağlamlığının qorunması sahəsində səmərəli əmək fəaliyyəti və Tibb işçilərinin peşə bayramı münasibəti ilə sertifikat təqdim olunub.

Təqdimat zamanı Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, t.e.d., professor Gülnaz Dadaşova tibb bacılarına onların gələcək fəaliyyətlərində uğurlar arzu edib və qeyd edib ki ümummilli lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən hər il 17 iyun tarixinin ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı günü kimi qeyd olunur.

Sertifikatlar Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən verilib.


Paylaş:
Baxış sayı: 346