TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün kommunikasiya mövzusunda təlim keçirilib
23 Dekabr 2022, 11:00 - Tədbirlər
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən “TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün kommunikasiya” mövzusunda təlim keçirilib.
Təlimdə Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova, TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova, rəqəmsal marketinq və kommunikasiya üzrə ekspert Aysel Cəbrayılova, Bakı tibbi ərazi bölməsinin tabeliyindəki tibb müəssisələrinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisləri iştirak ediblər.
Tədbirdə iştirakçılara sertifikatlar təqdim olunub. Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Nailə Mustafayeva sertifikatla təltif edilib.


Paylaş:
Baxış sayı: 266