SN Akademik C.M. Abdullayev adına ETKİ tərəfindən gənc kardioloqların peşəkar inkişafına və müasir tibbi biliklərin paylaşılmasına həsr olunmuş II Gənc Kardioloqlar Forumu keçirilib
26 Sentyabr 2026, 15:00 - Konfranslar

Səhiyyə Nazirliyinin Akademik C.M. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən gənc kardioloqların peşəkar inkişafına və müasir tibbi biliklərin paylaşılmasına həsr olunmuş II Gənc Kardioloqlar Forumu keçirilib.
Forumda çıxış edən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru və forumun sədri Gülnaz Dadaşova gənc mütəxəssislərin peşəkar inkişafına göstərilən dövlət dəstəyinin əhəmiyyətini vurğulayıb.
Forum çərçivəsində TAVI üzrə praktiki kurs, eləcə də aritmologiyaya həsr olunmuş hibrid kurs təşkil edilib. Əsas proqramda müasir kardiologiyanın aktual məsələləri, yeni diaqnostika və müalicə üsulları, innovativ texnologiyalar və peşəkar inkişaf mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.
İki gün davam edən forum çərçivəsində keçirilən tədbirlər ümumilikdə 17 DTT krediti ilə qiymətləndirilib.
Tədbirin əsas məqsədi gənc həkimlərin bilik və bacarıqlarını artırmaq, təcrübəli mütəxəssislərlə təcrübə mübadiləsini genişləndirmək və Azərbaycan kardiologiyasının inkişafında yeni nəslin rolunu gücləndirmək olub.
#SəhiyyəNazirliyi #GəncKardioloqlarForumu #Kardiologiya #Tibb #GəncMütəxəssislər


Paylaş:
Baxış sayı: 2