Səhiyyə və Müdafiə Nazirliklərinin birgə təşkilatçılığı ilə hərbi qulluqçuların ailə üzvlərinin müayinəsi təşkil edilib.
05 İyun 2023, 10:00 - Tədbirlər

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar 1-3 iyun tarixlərində Müdafiə Nazirliyi və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə ölkənin müxtəlif bölgələrində yerləşən Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində hərbi qulluqçuların ailə üzvlərinin müayinəsi təşkil olunub.
Tədbir zamanı institutun əməkdaşları tərəfindən kardioloji, endokrinoloji, nefroloji və nevroloji müayinələr aparılıb.
Tədbirlərə cəlb olunanlar EKQ, ExoKQ və USM müayinələrindən keçiblər.
Əldə olunan nəticələrə əsasən, onlara müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.


Paylaş:
Baxış sayı: 83