Səhiyyə Nazirliyinin Kardiologiya İnstitutu tərəfindən “Müasir kardiologiya: nailiyyətlər və innovativ yeniliklər” mövzusunda Beynəlxalq elmi-praktik konqresi
14 İyun 2023, 11:00 - Tədbirlər
“Heydər Əliyev İli" çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən silsilə tədbirlər davam etdirilir. Belə ki, iyunun 14-dən 16-dək nazirliyin Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən “Müasir kardiologiya: nailiyyətlər və innovativ yeniliklər” mövzusunda Beynəlxalq elmi-praktik konqres keçirilir.
Konqres çərçivəsində Kardiologiya İnstitutunda EXO-KQ kursu təşkil olunub. Exokardioqrafiya, ürək ritminin pozulması, ürəyin anatomik əsasları mövzularında məruzələr dinlənilib. Həmçinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tib Universitetinin Bakı filialının Tədris-Simulyasiya Mərkəzində “Təxirəsalınmaz vəziyyətlər-klinik situasiyalar” kursu keçirilib.
Təlim kursları Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və DTT (CME) kredit balları ilə qiymətləndirilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Konqres çərçivəsində “Kardiak anatomiya”, “EKQ”, “EXO KQ” və “CPR” kursları keçirilib.


Paylaş:
Baxış sayı: 218