Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda növbəti beşdəqiqəlik iclas keçirilib. Görüş zamanı institutun direktoru, professor Gülnaz Dadaşova kollektivə yeni fəaliyyətə başlayan rezidentləri təqdim edib.
Professor Dadaşova rezidentləri təbrik edərək onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıb, elmi potensiallarını artırmağın, institutun ənənələrinə sadiq qalaraq, pasiyentlərə vicdanla xidmət etməyin vacibliyini vurğulayıb.
Tədbir zamanı həmçinin institutun müxtəlif şöbələrində görülən işlər barədə qısa məlumatlar verilib, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, pasiyent məmnuniyyətinin artırılması və elmi tədqiqat fəaliyyətinin gücləndirilməsi istiqamətində planlar müzakirə olunub.
İclasda çıxış edən struktur rəhbərləri və həkim mütəxəssislər son günlər ərzində həyata keçirilmiş tədbirlər barədə hesabat verib, qarşıda duran vəzifələrlə bağlı təkliflərini səsləndiriblər.