Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda (ETKİ) institut rəhbərliyi ilə rezident həkimlər arasında görüş keçirilib.
Görüş zamanı rezidentlərin təklifləri dinlənilib, onların gündəlik fəaliyyət, təhsil prosesi və klinik təcrübə ilə bağlı sualları ətraflı şəkildə cavablandırılıb. Müzakirələr qarşılıqlı dialoq və konstruktiv fikir mübadiləsi şəraitində baş tutub.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova çıxış edərək rezidentlərin peşəkar inkişafının institut üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, onların təşəbbüslərinin və aktiv iştirakının xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Görüş çərçivəsində gələcək əməkdaşlıq istiqamətləri və tədris prosesinin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər də müzakirə olunub.