Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda görkəmli alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş anım tədbiri keçiril
15 Aprel 2026, 11:00 - Mühüm tarixlər

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda görkəmli alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə institutun rəhbərliyi, həkim və elmi işçilər iştirak edərək Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinə, xüsusilə oftalmologiya elminin inkişafına verdiyi misilsiz töhfələri ehtiramla yad ediblər.
Tədbir çərçivəsində Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən materiallar nümayiş olunub, onun əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova çıxışında qeyd edib ki, akademik Zərifə Əliyevanın elmi irsi bu gün də tibb ictimaiyyəti üçün mühüm istiqamətverici rol oynayır və onun qoyduğu dəyərlər gələcək nəsil həkimlərin formalaşmasında xüsusi əhəmiyyət kəsb edir.


Paylaş:
Baxış sayı: 2