Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən 10-12 aprel tarixində Bakıda Birinci Gənc Kardioloqlar Forumu keçirilir.
10 aprel Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda «Exokardioqrafiya» adlı kurs öz işinə başlayıb.
Professor Tofiq Cahangirov, t.ü.f.d. Rasim Cəfərov moderlatorluğu ilə keçən kurs zamanı exokardioqrafiyanın texniki və fiziki əsasları, kardiomapatiyalar, anadangəlmə ürək qüsulları məsələləri interaktiv şəkildə müzakirə edilib. Kurs Səhiyyə Nazirliyi tərəfindən 8 DTT olaraq qiymətləndirilib. Birinci Gənc Kardioloqlar Forumunda özəlliklərdən biri də ondan ibarətdir ki, gənc kardioloqumuzun regionda “Exokardioqrafiya real klinik praktikada” mövzusunda apardığı milli tədqiqatin (reqistr) təqdimatı auditoriya tərəfindən böyük maraqla dinlənildi.
Aparıcı mütəxəssislərin iştirakı ilə Seçenov Universitetinin Simulyasiya Mərkəzində baş tutan “Transezofagial Exokardioqrafiya” adlı kursda nümayişlər olunub. Kurs Səhiyyə Nazirliyi tərəfindən 5 DTT olaraq qiymətləndirilib və ekspert Cəmil Babayev tərəfindən aparılıb.
Forum öz işini kurslar və elmi sessiyalarla davam etdirəcək.
Qeyd edək ki, Birinci Gənc Kardioloqlar Forumu rəsmi açılış mərasimi aprelin 12-də keçiriləcək. Ümummilikdə konqres Səhiyyə Nazirliyi tərəfindən 46 DTT balı qiymətləndirilib.