Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) təşkilatçılığı ilə aprelin 19-21-də Bakıda I Türk Dövlətləri Kardioloji Qurultayı keçirilib.
22 Aprel 2024, 22:00 - Tədbirlər

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) təşkilatçılığı ilə aprelin 19-21-də Bakıda I Türk Dövlətləri Kardioloji Qurultayı keçirilib.
Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, tanınmış elm xadimləri, Azərbaycan Tibb Universitetinin tələbələri və “ETKİ könüllüləri” iştirak ediblər.
Qurultayda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Ülvi Mirzoyev, Stent Save a Life Avropa üzrə layihənin rəhbəri Dejan Orliç və Birinci Türk Dövlətlərinin Kardioloji Qurultayının sədri, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova çıxış ediblər.
I Türk Dövlətləri Kardioloji Qurultayına Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistandan elmi və tibb müəssisələrinin, eləcə də peşəkar cəmiyyətlərin rəhbərləri və nümayəndələri qoşulublar.
Tədbirin 3-cü günü Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunda keçirilib.
Tədbirdə Azərbaycan Kardiologiya Cəmiyyətinin “Stend save a life” layihəsi çərçivəsində təqdimatlar dinlənilib.


Paylaş:
Baxış sayı: 32