Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda yeni açılmış Radiologiya (Angioqrafiya) şöbəsinin fəaliyyət planının müzakirəsinə həsr olunmuş iclas keçirilmişdir
27 Noyabr 2025, 19:00 - Görüşlər

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda yeni açılmış Radiologiya (Angioqrafiya) şöbəsinin fəaliyyət planının müzakirəsinə həsr olunmuş iclas keçirilmişdir. İclasda institutun direktoru, professor Gülnaz Dadaşova açılış sözü ilə çıxış edərək gündəlikdə duran məsələlərlə iştirakçıları tanış etmişdir.
İclas zamanı yeni yaradılmış Angioqrafiya şöbəsinin fəaliyyəti, şöbədə quraşdırılmış müasir tibbi avadanlıqlardan istifadə qaydaları və tibb personalının işləmə bacarıqlarının artırılması ətraflı şəkildə nəzərdən keçirilmişdir. Avadanlıqların istismar prosesində tələb olunan praktiki bacarıqlar və personalın hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görüləcək tədbirlər barədə geniş fikir mübadiləsi aparılmışdır.
İclasda həmçinin Ankara şəhərindən dəvət olunmuş tibb bacılarının iştirakı ilə keçiriləcək təlim prosesi də müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, Ankara Universiteti Tibb Fakültəsinin İbn-i Sina Xəstəxanasında çalışan əməliyyatxana məsul tibb bacısı Merve Erdoğan Erener və Hacettepe Universiteti Yetkinlər Xəstəxanasının tibb bacılığı xidmətləri müdiri müavini Özlem Pınar üç gün müddətində Angioqrafiya şöbəsində fəaliyyət göstərən tibb bacıları üçün müasir angioqrafik avadanlıqlardan istifadə ilə bağlı praktiki təlimlər keçirəcəklər. Hər iki xəstəxananın nümayəndələrinin iştirakı ilə təlim proqramı, əməkdaşlıq çərçivəsi və şöbə personalı ilə birgə praktiki iş planı da təsdiqlənmişdir.
İclasda həmçinin Yeni Azərbaycan Partiyasının institutda yeni seçilmiş gənc üzvlərinə üzvlük vəsiqələri təqdim edilmişdir.


Paylaş:
Baxış sayı: 7