Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub
12 Dekabr 2025, 15:00 - Mühüm tarixlər

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Mərasimdə institutun rəhbərliyi, həkimlər, əməkdaşlar iştirak ediblər.
Açılış sözündə institutun direktoru, professor Gülnaz Dadaşova Ulu Öndər Heydər Əliyevin ölkənin səhiyyə sisteminin inkişafında oynadığı müstəsna roldan danışıb. O vurğulayıb ki, Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu gün də Azərbaycan səhiyyəsinin modernləşdirilməsi və insanların sağlamlığının qorunması istiqamətində əsas baza kimi qalır.
Tədbirdə çıxış edənlər müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin siyasi, sosial və səhiyyə sahəsində gördüyü misilsiz işləri xatırladaraq, onun tibb işçilərinə və səhiyyə sisteminə göstərdiyi xüsusi diqqəti qeyd ediblər.
Sonda iştirakçılar Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.


Paylaş:
Baxış sayı: 3