Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Tibb işçilərinin peşə bayramı günü qeyd edilib
17 İyun 2025, 18:00 - Görüşlər

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Tibb işçilərinin peşə bayramı günü qeyd edilib. Açılışda çıxış edən Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova qeyd edib ki, Hər il iyunun 17-si xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Professor vurğulayıb ki, son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb.
Tədbirdə çıxış edən digər natiqlər həmçinin qeyd ediblər ki, ölkəmizdə 700-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır.
Tədbirin sonunda müəssisədə çalışan əməkdaşlar tibbdə göstərdikləri xidmətlərə görə rəhbərlik tərəfindən təltif olundular.


Paylaş:
Baxış sayı: 7