Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib
17 İyun 2026, 12:00 - Mühüm tarixlər

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə institutun rəhbərliyi və əməkdaşları iştirak edib. Peşə fəaliyyətində fərqlənən, səhiyyənin inkişafına töhfə verən bir qrup əməkdaş fəxri fərman və təşəkkürnamələrlə təltif olunub.
İnstitutun direktoru, professor Gülnaz Dadaşova tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək onların insanların sağlamlığının qorunmasında və həyatının xilas edilməsində mühüm rol oynadığını vurğulayıb. O, tibb işçilərinə gələcək fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayıb.


Paylaş:
Baxış sayı: 6