Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun kollektivi institutun direktoru, professor Gülnaz Dadaşovanın təşəbbüsü ilə Azərbaycan Uşaqlar İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin kiçik sakinləri ilə görüş keçirib.
İnstitut kollektivi mütəmadi olaraq uşaqların təhsili, asudə vaxtlarının səmərəli keçirilməsi və sosial layihələrdə iştirakı ilə yaxından maraqlanır, onların ailəsinə çevrilən uşaq və yeniyetmələrlə vaxt keçirtməkdən böyük məmnuniyyət hissi yaşayır.
Görüş çərçivəsində uşaqların öz əl işləri ilə hazırladıqları yaradıcılıq nümunələri ilə də yaxından tanış olunub. Onların rəsm və tətbiqi sənət sahəsində nümayiş etdirdikləri bacarıq və fantaziya xüsusi maraq doğurub, uşaqların istedadının inkişaf etdirilməsinin əhəmiyyəti bir daha vurğulanıb.