Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda pasiyent məmnuniyyətinin və göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir.
İnstitutun direktoru, professor Gülnaz Dadaşova stasionar şöbələrdə palatalara baxış keçirərək pasiyentlərin sağlamlıq vəziyyəti, müalicə prosesinin gedişatı və onlar üçün yaradılmış şəraitlə yaxından tanış olub, pasiyentlərin müraciət və təkliflərini dinləyib.
Baxış zamanı tibb heyəti ilə də görüş keçirilib, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, müalicə prosesinin səmərəli təşkili və pasiyent məmnuniyyətinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, pasiyəntyönümlü yanaşmanın gücləndirilməsi və keyfiyyətli tibbi xidmətin təmin edilməsi İnstitutun əsas prioritetləri sırasındadır.