Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda pasiyent məmnuniyyəti
05 Avqust 2026, 15:00 - Görüşlər

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda pasiyent məmnuniyyətinin və göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılması istiqamətində tədbirlər davam etdirilir.
İnstitutun direktoru, professor Gülnaz Dadaşova stasionar şöbələrdə palatalara baxış keçirərək pasiyentlərin sağlamlıq vəziyyəti, müalicə prosesi və onlara yaradılmış şəraitlə yaxından tanış olub. Baxış zamanı pasiyentlərlə və tibb heyəti ilə görüş keçirilib, göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Daha sonra avqust ayının əvvəlindən fəaliyyətə başlayan könüllülərlə tanışlıq olub. Könüllülər institutda pasiyentlərin və onların yaxınlarının məlumatlandırılması, istiqamətləndirilməsi, eləcə də xəstəxanada olduqları müddətdə onlara dəstək göstərilməsi istiqamətində fəaliyyət göstərəcəklər.
İnstitut rəhbərliyi könüllülərin fəaliyyətinin pasiyentyönümlü xidmətlərin inkişafına və tibbi xidmətin keyfiyyətinin daha da artırılmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib


Paylaş:
Baxış sayı: 2