Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib .
05 İyul 2024, 12:00 - Görüşlər

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib .

Gündəlikdə duran məsələlərlə şura iştirakçılarını tanış edən Elmi Şuranın sədri, professor Gülnaz Dadaşova elektron resept sisteminə keçidin vacibliyini vurğulayıb. Daha sonra iştirakçılar elektron reseptin düzgün istifadəsi haqqında təqdimatla bir daha tanış oldular .

Gündəlikdə olan digər məsələ ürək-damar xəstəliklərinin epidemiloji Registrinin hazırlanması olub. Elmi şöbə rəhbərlərinə bu istiqamətdə müəyyən tapşırıqlar verilib, geniş müzakirə aparılıb, təkliflər dinlənildi.
Sonda şuranın sədri elmi işçilərin akkreditasiyası və doktoranturaya qəbul haqqında çıxış edib.
Sonda qeyd olunmuş məsələlər ilə bağlı qərarlar qəbul olunub, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verilib.


Paylaş:
Baxış sayı: 258