Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda (ETKİ) Elmi Şuranın növbəti iclası keçirilib 19 06 25
19 İyun 2025, 16:00 - İclaslar

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda (ETKİ) Elmi Şuranın növbəti iclası keçirilib. Elmi şuranın sədri, ETKİ-nin direktoru, professor Gülnaz Dadaşova şura iştirakçılarını gündəlikdə olan məsələlərlə tanış edibdir. İlk növbədə Elmi-Tədqiqat Kardiologiya İnstitutunun doktorantı Qardaşova Elnurənin tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3218.01-Kardiologiya ixtisası üzrə “Kompleks bifurkasion darlıqlarda dərman örtüklü balon istifadəsi ilə icra edilən perkutan koronar müdaxilələrin nəticələri” mövzusunda dissertasiya işi müzakirə olundu. Daha sonra Elmi-Tədqiqat Kardiologiya İnstitutunun doktorantı Nəsibova Aytənin tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3218.01-Kardiologiya ixtisası üzrə “Qeyri-işemik dilyatasion kardiomiyopatiyalı xəstələrdə MRT göstəricilərinin klinik proqnozun təyinində əhəmiyyəti” mövzusunda dissertasiya işi müzakirə olundu. Sonra Elmi-Tədqiqat Kardiologiya İnstitutunun doktorantı Süleymanova Gülşənin tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3218.01-Kardiologiya ixtisası üzrə “Gənclərdə subklinik aterosklerozun qeyri - invaziv aşkarlanmasının proqnostik əhəmiyyəti” mövzusunda dissertasiya işi müzakirə olundu.
Sonda isə Elmi-Tədqiqat Kardiologiya İnstitutunun doktorantlarının attestasiyası ilə bağlı məsələ müzakirə olundu. Sonda qeyd edilmiş məsələlər ilə bağlı qərarlar qəbul edilib, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verilib.


Paylaş:
Baxış sayı: 7