professor Gülnaz Dadaşova Türkiyənin Antalya şəhərində keçirilən 7-ci Dünya Ürək Çatışmazlığı Konqresində iştirak edir
05 May 2023, 14:00 - Konfranslar
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova Türkiyənin Antalya şəhərində keçirilən 7-ci Dünya Ürək Çatışmazlığı Konqresində iştirak edir.
4-7 may tarixlərində keçirilən tədbirdə dünyanın hər yerindən aparıcı mütəxəssislərin, kardioloqların, ürək-damar cərrahlarının bir araya gəlməsi gözlənilir.
Konqresdə prof. Kamran Musayev, t.e.d. Rəşad Mahmudov, Azərbaycan Kardiologiya cəmiyyətinin sədri, t.ü.f.d. Üzeyir Rəhimov, və digər aparıcı mütəxəssislər iştirak edirlər.
Elmi proqram vacib mövzuları əhatə edir və bütün aspektləri, epidemiologiya və proqnoz daxil olmaqla ürək çatışmazlığının dörd mərhələsi, ürək çatışmazlığının yeni diaqnostik üsulları, atrial fibrilasiya və aritmiya, ürək çatışmazlığının müalicəsi və qarşısının alınması, hipertoniya və ağciyər haqqında hərtərəfli yeniləmə təqdim edir.


Paylaş:
Baxış sayı: 112