Kardiologiya İnstitutunun direktoru Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib
21 Aprel 2023, 09:00 - Mühüm tarixlər
"Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Oruc tutmaqla inanclı insanlara mənəvi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət və həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. Tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dini əhəmiyyətli rol oynamışdır.
İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycanda Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir.
Ramazan bayramı münasibətilə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat KArdiologiya İnstitutunun kollektivi timsalında bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, Allahdan oruc və dualarınızın qəbul olunmasını diləyi ilə!
Ramazan bayramınız mübarək!
Hörmət və sevgilərlə
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, prof. Gülnaz Dadaşova


Paylaş:
Baxış sayı: 216