Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
24 Noyabr 2022, 11:00 - İclaslar
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
Gündəlikdə duran məsələlərlə şura iştirakçılarını tanış edən Elmi Şuranın sədri, professor Gülnaz Dadaşova beynəlxalq əlaqələrin qurulmasının vacibliyini bildirib və qeyd edib ki. eyni zamanda keçirilən yerli və beynəlxalq elmi konfranslar və tədbirlər olduqca əhəmiyyətlidir.
Sonra institutun elmi şöbələrinin hesabatları dinlənildi.
İclasda elmi kadrların hazırlanması istiqamətində həyata keçirilən tədbirlərin keyfiyyətinin yüksəlməsi, ölkəmizdə və xaricdə nüfuzlu dövri-elmi jurnallarda çap edilən elmi məqalələrin sayının artması və bu işdə elmi rəhbərlərin, doktorant və dissertantların uğurları  diqqətə çatdırılıb.
Sonra gündəlikdə olan məsələlər şura üzvləri ilə müzakirə edilib, irad və təkliflər bildirilib qərarlar qəbul olunub, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verilib.
Paylaş:
Baxış sayı: 315