Institutun klinika üzrə illik hesabatı dinlənilib
26 Dekabr 2023, 14:00 - İclaslar
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasda institutun klinika üzrə illik hesabatı dinlənilib.
Gündəlikdə duran məsələlərlə şura iştirakçılarını tanış edən Elmi Şuranın sədri, prof. Gülnaz Dadaşova 2023-cü ildə klinikanın fəaliyyətinin məhsuldar keçdiyini bildirib və 2024-cü il üçün qarşıda duran vəzifələr haqqında məlumat verib.
Klinik hesabatı təqdim edən direktorun müalicə işlər üzrə müavini, prof. Rza Səmədov keçirilən tədbirlər, klinik göstəricilər haqqında məruzə edib. Həmçinin, 2023-cü il ərzində ETKİ tərəfindən ölkə ərazisində şəhid və veteran ailələri üçün keçirilən tibbi aksiyalar barədə məlumat verilib.
Sonra gündəlikdə olan məsələlər şura üzvləri ilə müzakirə edilib, irad və təkliflər bildirilib, qərarlar qəbul olunub, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verilib.


Paylaş:
Baxış sayı: 158