Institutun dissertant və doktorantlarının illik hesabatları dinlənildi
22 Yanvar 2024, 10:00 - İclaslar
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
Elmi Şuranın sədri, prof. Gülnaz Dadaşova gündəlikdə duran məsələlər ilə şura üzvlərini tanış edib.
Institutun dissertant və doktorantlarının illik hesabatları dinlənildi, əldə olunan nəticələr şura üzvlərinə təqdim edildi.
Həmçinin şuranın sədri Gülnaz Dadaşova Səhiyyə Nazirliyi elmin inkişafı, doktorant və dissertantların məhsuldar fəaliyyəti üçün institut tərəfindən təqdim olunan yeni layihələri qəbul etdiyini qeyd edərək, bu imkandan bütün dissertant və doktorantların istifadə edəcəyinə ümid etdiyini bildirdi.


Paylaş:
Baxış sayı: 118