I Türk Dövlətləri Kardioloji Qurultayı çərçivəsində Bakıda səfərda olan türk dövlətlərinin nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtir
20 Aprel 2024, 15:00 - Görüşlər

I Türk Dövlətləri Kardioloji Qurultayı çərçivəsində Bakıda səfərda olan türk dövlətlərinin nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb.
Ziyarət zamanı nümayəndə heyətini Qurultayın sədri, professor Gülnaz Dadaşova və digər komitə üzvləri və Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşları müşayiət ediblər.


Paylaş:
Baxış sayı: 29