İyunun 13-də Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi işə başlayıb
14 İyun 2025, 09:00 - Konfranslar

İyunun 13-də Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi işə başlayıb.
Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən təşkil edilib və türkdilli ölkələrin onkoloqları arasında elmi əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresini açıq elan edib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Konqres iştirakçılarına təbrik məktubunu oxuyub.
Konqresdə çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev bildirib ki, qlobal səviyyədə əhalinin yaşlanması, ətraf mühit amilləri, müxtəlif həyat tərzi nəticəsində xərçəng xəstəliyinin dinamikasında artım müşahidə olunur.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova sessiya moderatoru olaraq iştirak edib.


Paylaş:
Baxış sayı: 6