İyunun 12 və 13-də Qazaxıstanın Türküstan şəhərində kardiologiya sahəsində ən böyük elmi tədbirlərdən biri - Türk dövlətləri kardioloqlarının II Qurultayı
13 İyun 2025, 10:00 - Konfranslar

İyunun 12 və 13-də Qazaxıstanın Türküstan şəhərində kardiologiya sahəsində ən böyük elmi tədbirlərdən biri - Türk dövlətləri kardioloqlarının II Qurultayı və beynəlxalq iştirakla Qazaxıstan kardioloqlarının XVII Qurultayı keçirilmişdir.
İlk dəfə 2024-cü ilin aprel ayında Bakıda keçirilən I Türk Dövlətləri Kardioloqlarının Qurultayının davamı olaraq keçirilən II Qurultayın məqsədi ürək-damar xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasında qazaxıstanlı və əcnəbi kardiologiya mütəxəssislərini birləşdirmək, öyrətmək, qarşılıqlı əlaqə yaratmaq və təcrübə mübadiləsi aparmaq, kardiologiya sahəsində yenilikləri işıqlandırmaq idi.
Tədbdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Elmi – Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova və nümayəndə heyəti iştirak etmişdir.
Açılış mərasimində Professor Gülnaz xanım II Türk Dövlətlərinin Kardioloqlarının Qurultayının sədrliyini təntənəli şəkildə Qazaxıstan tərəfinə təltif etmişdir. Professor öz çıxışı zamanı Qurultayın vacibliyi, Türk Dövlətlərinin dostluğunun möhkəmlənməyi və Türk Dövlətləri arasında səhiyyə sahəsinin möhkəmləndiyi vurğulayıb.
Professor Gülnaz Dadaşovanın sədrliyi ilə keçən “Türk Dövlətləri Kardioloqlar Qurultayı” adlı sessiyada Professor Gülnaz Dadaşova “Kardiologiyada nailiyyətlər: Azərbaycanda əlçatanlığın və innovasiyanın genişləndirilməsi”, ETKİ – nin elmi katibi t.ü.f.d. Təranə Cavadova “Ekologiya - ekoloji risk faktorları və ürək-damar xəstəlikləri” və t.ü.f.d. Vüsal Hacıyev “Azərbaycanda TAVİ-nin tətbiqi. Keçid səhiyyə sistemində strateji və sistemli perspektiv” mövzularında çıxış ediblər.
Bu unikal tədbir Qazaxıstan, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Rusiya, Belarus, Almaniya, İtaliya, Portuqaliya və Avstraliyadan olan yüzdən çox görkəmli mütəxəssisi - aparıcı kardiologiya məktəblərinin və tədqiqat mərkəzlərinin nümayəndələrini bir araya gətirdi. Forumun proqramı geniş spektrli aktual məsələləri əhatə edirdi - arterial hipertenziyadan tutmuş kardiogenetikada ən son yanaşmalara və süni intellektin tətbiqinə qədər.


Paylaş:
Baxış sayı: 6