Hörmətli Mehriban xanım Əliyevanın doğum günü 26 Avqust
26 Avqust 2025, 09:00 - Mühüm tarixlər

Hörmətli Mehriban xanım

Doğum gününüz münasibətilə Sizi Səhiyyə Nazirliyi adından ürəkdən təbrik edir, ölkəmizin səhiyyə ictimaiyyətinin ən səmimi arzularını çatdırırıq. 

Sizin Azərbaycan Səhiyyəsinin inkişafına göstərdiyiniz misilsiz dəstək, əhalinin sağlamlığı naminə xeyirxah fəaliyyətiniz hər bir Azərbaycanlı üçün qürur mənbəyidir. Bu fəaliyyətinizlə Siz nəcib həkimlik sənətinizin uca amalına xidmət edirsiniz.

Sizə möhkəm cansağlığı, uzun ömür, yeni-yeni uğurlar arzulayırıq. 

Paylaş:
Baxış sayı: 2