Heydər Əliyev İli” çərçivəsində Səhiyyə Nazirliyinin Kardiologiya İnstitutu tərəfindən Beynəlxalq elmi konqres keçirilib
09 Dekabr 2023, 17:00 - Konfranslar
Kardiologiya İnstitutu (ETKİ) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində “Kardiologiyada yeni çağırışlar – 2023” mövzusunda Beynəlxalq elmi konqres keçirilib.
Tədbirdə millət vəkilləri, Azərbaycan Tibb Universitetinin tələbələri, ali təhsil və tibb müəssisələrinin nümayəndələri, Azərbaycan və Türkiyənin tanınmış elm xadimləri və “ETKİ könüllüləri” iştirak ediblər.
İlk olaraq dövlət himni səsləndirildikdən sonra, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Musiqili Dram Teatrın quruluşçu rejissoru tərəfindən hazırlanan rəsmi açılış mərasimi keçirilib.
ETKİ-nin direktoru Gülnaz Dadaşova öz çıxışında Ulu Öndərin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması baxımından vacibliyini qeyd edərək, Heydər Əliyevin təşəbbüsü ilə görülən mühüm işlərdən danışıb. Tədbir haqqında məlumat verən ETKİ-nin direktoru konfransın ölkəmizdə kardiologiyanın inkişafına böyük töhfə verəcəyini bildirib.
Digər çıxışçılar Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar və konfransın əhəmiyyəti haqqında məlumat veriblər.
300-ə yaxın həkimin iştirakı ilə keçirilən konfransda tibdə yeni istiqamət olan kardiologiyanın aktual elmi və praktiki aspektlərinə dair məruzələr dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb.


Paylaş:
Baxış sayı: 594