Gülnaz Dadaşova: Tarixi zəfərimiz qürur mənbəyi və 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı tarixi qələbəmizdir
06 Noyabr 2022, 10:00 - Konfranslar
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun və Elmi-Tədqiqat Tibbi Bərpa institutunun birgə təşkilatçılığı ilə “Zəfər gününə” həsr edilmiş Elmi konfrans keçirilib. Konfransın açılış hissəsi Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayıb və zəfərimizə gedən yola nəzər keçirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ETKİ-nin direktoru , prof. Gülnaz Dadaşova öz çıxışında bildirib ki, “Tarixi zəfərimiz” qürur mənbəyi və 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı tarixi qələbəmizdir. Eynı tədbirin həm praktiki, həm də elmi mahiyyətinin olduğunu vurğulanıb.
Açılışda həmçinin İTS-in İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, TƏBİB-in Strateji İnkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, Türk Kardioloji Dərnəyinin sədri, prof. Vedat Aytekin, Mərkəzi Klinikanın baş həkimi t. e.d. prof. Kamran Musayev, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, ürək-damar cərrahı t.e.d. Rəşad Mahmudov, Respublikanın baş kardioloqu t. e.d. Yusif Nağıyev çıxış ediblər.
Ümumillikdə 4 oturumdan ibarət olan tədbirdə 400-ə yaxın həkim iştirak edib. Konfrans Səhiyyə Nazirliyi tərəfindən 16 DTT balı ilə təsdiqlənib. Tədbirə bir sıra tanınmış alimlər, eyni zamanda Türkiyədən alim - professor heyəti qoşulmuşdur. Konfransda təqdim olunan məruzələr böyük maraqla qarşılandı və mövzulara dair çoxsaylı suallar cavablandırıldı, sonda iştirakçılara sertifikatlar təqdim edilib.
2 günü əhatə edən konfransda iştirakçılar üçün “Kardiak anatomiya “ və “CPR” kursları keçirilmişdir.
Konfrans Səhiyyə Nazirliyi, İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in dəstəyi ilə keçirilib. Tədbirdə göstərilən dəstək üçün Novartis, Berlin Chemie, KRKA, Egıs, Yuriya farm, Nobel ilaç, Denk farma, Narmed dərman şirkətlərinə minnətdarlıq bildirilib.


Paylaş:
Baxış sayı: 458