Gülnaz Dadaşova: Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir
26 Noyabr 2022, 12:00 - Mühüm tarixlər
Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Bu siyasəti rəhbər tutaraq Elmi-Tədqiqat Kardiologiya İnstitutun əməkdaşları şəhid ailələri ve qazilər üçün tibbi aksiyalar aparılmasını davam edir.
26 noyabr tarixində Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı və təşəbbüsü ilə Şəki Rayon Mərkəzi xəstəxanasında qeyd edilən növbəti tibbi aksiya keçirilib. Tədbir Səhiyyə Nazirliyi, İcbarı Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Şəki İcra Hakimiyyəti, Şəki Rayon Mərkəzi xəstəxanasının dəstəyi ilə keçirilib.
Tədbir zamanı Şəki rayonundan 100-dən artıq şəhid ailəsi, qazi və Vətən müharibəsi iştirakçıları tibbi müayinələrdən keçirilib.
ETKİ-nin direktoru, prof. Gülnaz Dadaşova bildirib ki, Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib və ETKİ əməkdaşları bu aksıyaları davam etdirəcək.
Eyni zamanda xəstəxananın akt zalında həkimlər üçün elmi-praktik seminar keçirilib.
Aksiya “World Medicine” dərman şirkətinin dəstəyi ilə keçirilib.


Paylaş:
Baxış sayı: 235