Gənc könüllülərin nəzərinə!
04 İyul 2023, 13:00 - Tədbirlər

Gənc könüllülərin nəzərinə!
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu gənc mütəxəssislərin praktiki biliklərin artırılması məqsədilə yardımçı işlərin görülməsinə tibbi könüllülərinin cəlb edilməsini elan edir.
Proqramda iştirak etmək istəyən könüllülər razılaşma əsasında fəaliyyət göstərəcək və sonda sertifikatla təmin olunacaqlar. Müəssisədə könüllülük növbəçilik prinsipi əsasında təşkil olunacaq.
Qəbul prosesi iki mərhələdə aparılır:
• I mərhələ - müsahibə mərhələsi
• II mərhələ - təlim mərhələsi
Müsahibə mərhələsində namizədlərin sosial fəallığı və onların dünyagörüşü yoxlanılacaq. Mərhələni uğurla keçən namizədlərə könüllülük fəaliyyətləri ilə bağlı təlimlər təşkil olunacaq.
Məsul şəxs Nailə Mustafayeva, tel: (+99450) 800-19-00.


Paylaş:
Baxış sayı: 129