ETKİ əməkdaşı TEXNOPROM-2026 Beynəlxalq Forumunda iştirak edib
17 Sentyabr 2026, 09:00 - Tədbirlər

ETKİ əməkdaşı TEXNOPROM-2026 Beynəlxalq Forumunda iştirak edib
26–28 avqust tarixlərində Rusiyanın Novosibirsk şəhərində keçirilən XIII Beynəlxalq Texnoloji İnkişaf Forumu «TEXNOPROM-2026»-da Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun elmi işçisi Dr. Nigar Babayeva təmsil edib.
Forum çərçivəsində elm, texnologiya, innovasiya və səhiyyə sahələrində aktual məsələlər müzakirə olunub.
Tədbirin «MDB: sağlamlıq və texnoloji suverenlik – qərarlardan birgə fəaliyyətə» mövzusunda plenar iclasında Dr. Nigar Babayeva «Kardioloji innovasiyalar və süni intellekt: Azərbaycan səhiyyəsinin texnoloji suverenliyinə gedən yol» mövzusunda təqdimatla çıxış edib.
Təqdimatda kardiologiyada rəqəmsal texnologiyaların tətbiqi, süni intellektin imkanları, milli tibbi reyestrlərin əhəmiyyəti və müasir biomarkerlər barədə məlumat verilib.


Paylaş:
Baxış sayı: 7