Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
25 Oktyabr 2022, 10:00 - İclaslar

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

Gündəlikdə duran məsələlərlə şura iştirakçılarını tanış edən institutun direktoru, t.e.d., professor Gülnaz Dadaşova bildirib ki, respublikamızın sosial-iqtisadi inkişafı cəmiyyət həyatının bütün sahələrində olduğu kimi səhiyyə sistemində də öz müsbət nəticələrini vermişdirPrezident İlham Əliyevin islahatlarına əsasən Azərbaycan səhiyyə inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir.

Elmi Şurada institutun dissertant və doktorantların hesabatları dinlənildi. Hər bir iddiaçı cari ildə gördükləri iş barəsində məlumat verdi. Təqdim olunan işlər geniş müzakirə edildi və tövsiyyələr verildi. Bir neçə iddiaçının işi qeyri-məqbul hesab olunub və yenidən dəyişdirilməsi qərar alınıb.

İclasda elmi kadrların hazırlanması istiqamətində həyata keçirilən tədbirlərin keyfiyyətinin yüksəlməsi, ölkəmizdə və xaricdə nüfuzlu dövri-elmi jurnallarda çap edilən elmi məqalələrin sayının artması və bu işdə elmi rəhbərlərin, doktorant və dissertantların uğurları  diqqətə çatdırılıb.

Sonra gündəlikdə olan məsələlər şura üzvləri ilə müzakirə edilib, irad və təkliflər bildirilib qərarlar qəbul olunub, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verilib.


Paylaş:
Baxış sayı: 340