Elmi -Tədqiqat Kardiologiya İnstitutun direktoru, t.e.d., professor Gülnaz Dadaşovanın müsahibəsi
03 Avqust 2022, 19:00 - Müsahibələr

    Akad. C.Abdullayev adına Elmi -Tədqiqat Kardiologiya İnstitutun direktoru, t.e.d., professor Gülnaz Dadaşova avqustun 3-ü Səhiyyə TV-nin canlı yayımında müsahibə vermişdir. Çıxış zamanı son illər ərzində institutda aparılan islahatlar və yeniliklər haqqında məlumat verilmişdir.
    Qeyd olunub ki, İcbari Tibbi Sığortanın tətbiqindən sonra tibbi xidmətlərin təşkili, maddi-texniki təminat, həyata keçirilən kadr islahatları, icbari tibbi sığortanın tətbiqi vəziyyəti, xəstəxana göndərişləri və digər məsələləri uğurla həyata keçirmək üçün geniş miqyaslı işlər gedir, müəssisədə ştat cədvəlində yeni struktur və bölmələr yaradılmış, poliklinika şöbəsinə dar ixtisaslı həkimlər cəlb olunmuşdur.
    Təcili tibbi yardım, stasionar və reanimasiya şöbələrində müalicə alan xəstələrə vaxtında və əsaslandırılmış tibbi xidmətin göstərilə bilməsi üçün instrumental müayinələrnən yanaşı, muasir beynəlxalq standartlara cavab verən laborator müayinələr də artıq həyata keçirilir. Müsahibənin sonunda ETKI-nin direktoru hazırda ən aktual problemlərdən olan COVİD-19 ürəyə necə təsir edir, hansı ürək-damar xəstəlikləri COVİD-19 gedişatını və peyvənddən sonrakı dövrü ağırlaşdıra bilər kimi sualları cavablandırdı, həmçinin xəstəliyin yayılması, ondan qorunma yolları haqqında məlumat verərək, vətəndaşları həkim muayinəsi ve məsləhəti olmadan istənilən müalicə metodlarından uzaq olmağı tövsiyə etmişdir.



Paylaş:
Baxış sayı: 1152